Beyində quraşdırılan implant skleroz xəstələrinə kömək edəcək Noyabr 14, 2016 | 02:40 / Texnoloji yeniliklər

Holland mütəxəssisləri tamamilə iflic olmuş, süni ventilyasiya aparatının köməyi ilə nəfəs alan qadının beynində implant quraşdırıblar. Qurğunun sayəsində o, düçüncə gücü vasitəsilə ətrafla ünsiyyət saxlamaq imkanını əldə edib.

popmech.ru saytının məlumatına görə, 58 yaşlı xəstəyə 2008-ci ildə amiotrofik lateral skleroz diaqnozu qoyulmuşdur. Bundan iki il sonra xəstə nəfəs almaq qabiliyyətini itirmişdir, hazırda yalnız süni nəfəs aparatının hesabına həyatını davam etdirir. Bu xəstəlik əsəb hüceyrələrinə “hücüm edərək” zamanla insanı öz bədəni üzərində nəzarətdən tamamilə məhrum edir.

Hollandiyanın mərkəzində yerləşən Tibb Universitetinin beyin mərkəzinin alimi Nik Ramzi ilk dəfə pasiyentlə görüşəndə  o, yalnız gözlərin hərəkətinə nəzarət edən qurğunun köməyilə ünsiyyət saxlaya bilirdi. Qurğu ekranda hərfləri seçməyə və onları sözlərə çevirməyə imkan verirdi. Lakin skleroz xəstəliyinin daşıyıcıları zamanla bu imkanı da itirdiklərindən xəstənin beyninə qurğu yerləşdirmək qərarına gəlinmişdir. Bu, kompüterdən idarə olunaraq beynin aktivləşdirilməsi və ona siqnalın ötürülməsini nəzərdə tutur.

Ramzi komandası elektrodları kəllənin altında beynin düz səthinə yerləşdiriblər. Beynin fəallığı elektrodla qeydə alındıqda, siqnal sinə dərisinin altına implantasiya edilmiş kiçik qurğudakı məftil üzrə ötürülür, sonra isə xarici kompüter planşetinə translyasiya edilir. Bu, tam cümlələr yazmağa və oyunlar da daxil olmaqla müxtəlif proqramları idarə etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı