Kaliforniyada müəllimlərsiz universitet fəaliyyətə başlayıb Noyabr 14, 2016 | 12:46 / Maraqlı məlumatlar

Orijinal ali məktəbdə IT-texnologiyalar araşdırılacaq və tələbələr bir-birilərini öyrədəcəklər.

ABŞ-ın Kaliforniya ştatında müəllimlərin iştirakı olmadan kompüter texnologiyalarının öyrənilməsi üzrə qeyri-adi ali məktəb açılıb.

mir24.tv saytının məlumatına görə, “42” məktəbinin adı “Qalaktika üzrə avtostop” elmi-fantastik romanından götürülüb. Bu romandakı epizodlardan birində həyatın əsas məsələsinə xüsusi kompüter vasitəsilə cavab hesablanır və 42 ədədi əldə olunur.

Beləliklə, yeni universitetdə minlərlə insan müəllimlərin köməyi olmadan kodlaşdırma və proqramlaşdırma sahəsində biliklər əldə edəcək. Buna görə də, universitetdə standart mühazirələr dinlənilməyəcək – tələbələr vahid kompüter şəbəkəsində qarşılıqlı əlaqə quraraq öz təcrübələrini bölüşəcək, birgə layihələrdə iştirak edəcək və bir-birilərinin işlərini yoxlayacaqlar.

Qeyd edək ki, Parisdə 2013-cü ildə fəaliyyətə başlamış bu layihə artıq öz effektivliyini sübut edib. Belə ki, Fransada “42”nin məzunları hazırda dünyanın “IBM”, “Amazon” və “Tesla” kimi tanınmış şirkətlərində, həmçinin öz şəxsi firmalarında çalışırlar.

“42”nin Kaliforniyada açılışı üçün isə IT-sfera üzrə nəhəng şirkətlərin (Snapchat, Periscope və Facebook) rəhbərləri tərəfindən razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı