Multimedia qalereyasının verilənlər bazasının yaradılması və istismarı çərçivəsində mühüm işlər həyata keçirilir Noyabr 11, 2016 | 04:47 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda multimedia qalereyasının mövcud vəziyyəti və istifadə qaydaları məsələlərinə həsr olunmuş növbəti elmi seminar keçirildi. İnstitutun sektor müdiri Kəmalə Haşımova çıxış edərək bildirdi ki, Multimedia qalereyası (MQ) AR Prezidentinin elm sahəsinə qayğısını, AMEA  Rəyasət Heyətinin rəsmi görüşləri, eləcə də Akademiyanın keçirdiyi mötəbər tədbirlərdən materialları əks etdirir.

Məruzəçi MQ  verilənlər bazasının yaradılması və istismarı çərçivəsində görülən işlərdən danışdı. Bildirdi ki, verilənlər  bazasına fotomaterialların daxil edilməsi üçün mütəmadi olaraq formalar hazırlanır, fotomateriallar üzərində dizayn işləri yerinə yetirilir, science.az portalının fotomaterialları emal edilərək  MQ-da yerləşdirilir.

K.Haşımova MQ  verilənlər bazasının  informasiya ilə təmin olunması istiqamətində görülən işləri də diqqətə çatdırdı.  ElmTV internet televiziyası və  www.ict.az veb-saytının hazırladığı video və fotomaterialların bazaya daxil edildiyini, o cümlədən AMEA-nın institut və təşkilatlarının arxiv, video, audio və foto materiallarının qalereyanın bazasında yerləşdirildiyini bildirdi. Qeyd etdi ki, MQ AzcienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilmiş və təhlükəsizliklə yüksək səviyyədə təmin olunmuşdur.

Məruzəçi, həmçinin MQ sistemində fotomaterialların daxil edilməsinin giriş forması, kompüterdə görünüşü, materialların axtarış forması və s. barədə ətraflı məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı