İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirildi Mart 14, 2014 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Elmi şuranın növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevgündəlikdə duran məsələləri diqqətə çatdırdı. İnstitutun 2014-cü il üçün fəaliyyət planının təsdiqi məsələsinin önəmliyini vurğulayaraq bu il şöbələrdə görüləcək işlər, həyata keçiriləcək layihələrin əhəmiyyətindən söz açdı. Alim institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, uğurlu elmi nəticələrin əldə olunması üçün dünyanın nüfuzlu beynəlxalq jurnallarından istifadənin vacibliyindən danışdı. R.Əliquliyev elmi kadr hazırlığında alim və mütəxəssislərin fəal iştirakı, həmçinin şöbələr səviyyəsində mütəmadi seminarların təşkilinin zəruriliyini də önə çəkdi. 

İnstitutun ümumi şöbəsinin müdiri Dinara Zeynalova tapşırılan işlərlə bağlı məlumat verdi. Həmçinin AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrası istiqamətində görülən tədbirləri diqqətə çatdırdı. 

Texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov institutun doktorant və dissertantlarının 2014-cü il üzrə attestasiyasının nəticələri, yeni doktorant, dissertant və elmlər doktorlarının təsdiqi məsələləri haqqında danışdı. İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 25 doktorant və dissertantdan 18 nəfərin attestasiya edildiyini, 7 nəfərə isə şərti vaxt verildiyini qeyd etdi. 

Sonra bir sıra kadr məsələlərinə baxıldı. İTİ-də yeni Elm TV, Nəşriyyat və poliqrafiya, eləcə də AMEA Rəyasət Heyəti Mərkəzi aparatının struktur bölmələrinə xidmət məqsədilə İKT sektorlarının yaradıldığı bildirildi. Sektor müdiri vəzifələrinə Xatirə CabbarzadəZülfiyyə Hənifəyeva və Etibar Vəliyev təyin olundular.

Tədbirdə həmçinin institutun fəxri fərmanının təsis edilməsi, innovativ mükafatlandırma əsasnaməsinin hazırlanması, 2014-cü il üçün institutun elmi seminarlarının planı və digər məsələlər ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı