Azərbaycanda bu il qeydə alınan domen adlarının artımı 1221-dir Mart 12, 2014 | 12:00 / Mühüm hadisələr

Azərbaycanda bu günə kimi 21930 domen adı qeydiyyatdan keçib. Onların sayının cari ildə də artacağı gözlənilir

ictnews.az elektron xəbər xidmətinin verdiyi məlumata əsasən, ilin əvvəlindən qeydiyyata alınan domen adlarının sayı 1703, ləğv olunanların sayı 482 olub. Beləliklə, bu ilin əvvəlindən istifadəyə verilən domen adlarının xalis artımı 1221 domen təşkil edib. Son iki ay ərzində qeydə alınan domen adlarının sayı 5,3% olub. 


Hazırda Azərbaycanda 20505 .az, 857 .com.az, 182 .edu.az, 116 .org.az, 67 .net.az, 41 .int.az, 57 .co.az, 35 .pp.az, 40 .info.az, 16 .biz.az, 6 .name.az, 1 .mil.az, 1 .pro.az domeni istifadə edilir. Coğrafi adlardan ibarət 6 domen adı qeydə alınıb. 

Ötən il ərzində 6199 domen qeydiyyatdan keçib və təxminən 2500 domen ləğv olunub. Nəticədə, ölkədə il ərzində domen artımı 3699 domen təşkil edib. 

Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 11% artıb, domen sayının xalis artımı isə 17% təşkil edib. Qeyd edilən artıma daha bir səbəb bu il ölkədə onlayn qeydiyyat sisteminin istifadəyə verilməsi olub.

Son 3 ildə .az domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 olub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı