İspanaq terrorizmlə mübarizə aparacaq Noyabr 03, 2016 | 03:00 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları terrorçular tərəfindən istifadə edilən partlayış təhlükəli kimyəvi maddələrin aşkarlanması üçün qeyri-adi layihə təqdim ediblər. Onlar adi ispanaq əsasında detektor yaradaraq bitkiyə karbon nanoborular və sensorlar quraşdırıblar. Sensorlar nitroaromatik birləşmələrə reaksiya verməyə uyğunlaşdırılıb. Karbon nanoborular isə daim siqnal ötürür.

nanonewsnet.ru saytının məlumatına əsasən, qrunt sularında hər hansı təhlükəli birləşmə aşkar olunarsa, 10 dəqiqə sonra yarpaqlara çatır və verilən siqnal dəyişir. Təhlükəli birləşmə “Raspberry Pi” mikrokompüterinə qoşulmuş kiçik infraqırmızı kameranın köməyilə aşkar edilmiş ola bilər. İstehsalçıların sözlərinə görə, onu adi smartfon kamerası vasitəsilə görmək mümkün olacaq.

“Bitkilər ətraf mühitə çox həssaslıqla reaksiya verir. Məsələn, onlar quraqlıq olacağını bizdən əvvəl hiss edirlər, torpağın xüsusiyyətlərində və onun su potensialında baş verən kiçik dəyişiklikləri aşkar edirlər. Biz bu kimyəvi siqnallardan istifadə etsək, böyük miqdarda informasiya əldə edə biləcəyik”, – deyə tədqiqatın rəhbəri Maykl Strano söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı