II Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilib Oktyabr 31, 2016 | 04:17 / Konfranslar, iclaslar

Festivalda İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş etdirilib

Bu gün AMEA-nın təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilib.

Festival UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.

AMEA-nın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə II Azərbaycan Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. Həmçinin festival ictimaiyyətin elm sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. 

AR Təhsil naziri Mikayıl Cabbarov müstəqil Azərbaycanın 25 il ərzində elm və ali təhsil sahəsində keçdiyi yoldan söz açıb. O, müstəqillik illərində ölkəmizdə təhsil sisteminin sürətlə inkişaf etdiyini vurğulayaraq ali təhsil müəssisələrinə qəbul olunanların sayının 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artdığını diqqətə çatdırıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək festivalın elmi nailiyyətlərin təbliğində, elm sahəsinə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətini əks etdirən stend də nümayiş olunub. Qonaqlara institutda aparılan elmi-tədqiqat, elmi-innovasiya işlərinin nəticələrini əks etdirən kitab və ekspress-informasiyalar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı