ABŞ əhalisi alış-veriş zamanı ödənişi barmaq izlərinin köməyilə həyata keçirə biləcək Oktyabr 31, 2016 | 03:21 / Maraqlı məlumatlar

2017-ci ilin əvvəllərində ABŞ əhalisi alış-veriş və pul köçürmələrini barmaq izlərinin köməyilə həyata keçirə biləcəklər. Financial Group bankının nümayəndələri bu barədə məlumat veriblər.

Bank mütəxəssislərinin sözlərinə görə, bu texnologiya onların maliyyə müəssisəsinin müştəriləri üçün istisna hallarda tətbiq ediləcək. Qeyd etmək lazımdır ki, bu texnologiya artıq bir çox ölkələrdə istifadə olunur, həmçinin Avropa banklarında fəal şəkildə təbliğ edilir.

planet-today.ru saytının məlumatında bildirilir ki, bu kimi eyniləşdirmə texnologiyaları ən təhlükəsiz üsul hesab edilsə də, banklar üçün o qədər də ucuz başa gəlmir. Çünki yalnız bank filiallarını deyil, həm də maliyyə müəssisələriylə əməkdaşlıq edən mağazaları barmaq izlərinin sayılması üçün lazım olan xüsusi qurğularla təmin etmək tələb olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı