Vətəndaş elminin inkişafında sosial medianın rolu araşdırılıb Oktyabr 31, 2016 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin elmi seminarı keçirildi. 

Öncə çıxış edən şöbə müdiri Təhmasib Fətəliyev tədbirin “Vətəndaş elminin inkişafında sosial medianın rolu” mövzusuna həsr olunduğunu bildirdi. E-vətəndaş elminin yaranmasında verilənlərin emalı prosesinin inkişafı, veb texnologiyalarına əsaslanan qrafiki istifadəçi interfeysləri və coğrafi informasiya sistemləri, mobil texnologiyalar, smartfon, planşet kompüterlər və digər portativ cihazların, həmçinin sosial media vasitələrinin mühüm rola malik olduğunu söylədi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Nərgiz Verdiyeva vətəndaş elmi, Veb 2.0-ın tətbiqləri, sosial media və vətəndaş elmi (citizen science) haqqında ətraflı məlumat verdi. O, vətəndaş elminin çox sayda həvəskar vətəndaşın elmi tədqiqatların aparılmasına könüllü cəlb olunması konsepsiyası olduğunu bildirdi. “Vətəndaş elmi layihələri vətəndaşları elmdə fəal iştiraka cəlb etməklə yeni bilik və anlayışlar yaradır”, – deyə bildirən məruzəçi qeyd etdi ki, bu kimi layihələr getdikcə daha çox informasiya texnologiyalarına əsaslanır. Tələb olunan verilənlər onlayn portallar və mobil tətbiqlər vasitəsilə toplanır.

Vətəndaş elmini dəstəkləyən təşkilatlar barədə məlumat verən məruzəçi buraya “Citizen Science Association”, “European Citizen Science Association” (ECSA), “Australian Citizen Science Association”, “European Environment Agency” və digər təşkilatların daxil edildiyini diqqətə çatdırdı. Vətəndaş elmi layihələrinin sayının sürətlə artdığını söyləyən N.Verdiyeva vətəndaş elminin ECSA-nın təşəbbüsü ilə hazırlanmış prinsiplərini də diqqətə çatdırdı.

N.Verdiyeva insanlara asanlıqla qarşılıqlı əlaqə yaratmağa və verilənləri açıq paylaşmağa imkan verən Veb 2.0-ın tətbiqinin üstünlüklərindən, sosial medianın inkişafında rolundan danışdı.

Vətəndaş elmini layihələrinin təbliği, könüllülərin cəlb olunması, verilənlərin toplanması, nəticələrin müzakirə edilməsi və mübadiləsində sosial medianın imkanlarından geniş istifadə olunduğunu qeyd edərək sosial şəbəkə texnologiyalarının elmi prosesə tətbiqində Science 2.0-ın əhəmiyyətini vurğuladı. O, həmçinin layihələrdə motivasiya, təlim və fərdi yaradıcılıqda sosial mediadan istifadə və s. haqqında məlumat verdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı. Bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı