Protezlər üçün "həssas" corab hazırlanıb Oktyabr 27, 2016 | 01:00 / Texnoloji yeniliklər

Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin alimləri aşağı ətrafların protezləri üçün həssas corab prototipini hazırlayıblar. Onlar UIST 2016 konfransında bu barədə məruzə ilə çıxış ediblər. 

Əl və ayaqlar üçün bəzi müasir protez modelləri artıq əks-əlaqə sistemləri ilə təchiz edilib, lakin belə “ağıllı” protezlərin dəyəri çox bahadır. Alimlərin bildirdiyinə görə, protezlər zaman keçdikcə köhnəlir. Bir neçə ildən sonra onları dəyişdirmək lazım gəlir ki, bu da yüksəktexnologiyalı protezlərdən istifadə edən insanların sayını azaldır. Bununla belə, adi protezlər minimum funksiya dəstinə malikdir. Lakin bu kimi sadə protezlər bir sıra işləri yerinə yetirməyə, məsələn, pedallardan tam istifadəyə və ya velosiped sürməyə imkan vermir.

nplus1.ru saytının məlumatına görə, avstriyalı alimlər sadə protezlərin funksionallığını artırmaq üçün konkret protezlə bağlı olmayan əlavə qeyri-invaziv əks-əlaqə sistemini hazırlamağa qərar veriblər. Belə ki, yeni hazırlama bir-birinə tikilmiş üç qat parçadan ibarətdir. Orta qat pyezoelektrik parçadan təşkil edilib. Daxili və xarici qatlar isə cərəyan keçirən zolaqları özündə saxlayır ki, bu iki qatın zolaqları perependikulyar yerləşdirilmişdir. "Ağıllı" corab pəncənin altının müxtəlif zonasında təzyiqi müəyyən etməyə icazə verən elastik matrisdən ibarətdir. Corab pəncənin müxtəlif zonalarında təzyiqi müəyyənləşdirə və vibrasiyanın köməyi ilə bu məlumatı istifadəçiyə ötürə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı