AMEA institutlarındakı viki-qruplara “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris olunacaq Mart 11, 2014 | 03:00 / Mühüm hadisələr

Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inkişafı alimlərimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə AMEA-nın elmi müəssisələrində hazırda zəruri tədbirlər görülür. 

AMEA Rəyasət Heyətində AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyevin rəhbərliyi ilə Azərbaycan alimlərinin kitabları və elmi əsərlərinin “Wikipedia” ensiklopediyasında təbliği məqsədilə institutlarda viki-qrupların təşkili ilə bağlı cari vəziyyətin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunun tədrisi istiqamətində görüləcək işlər haqqında məlumat verilib. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın sözlərinə görə, institutun Tədris-İnnovasiya Mərkəzində bu məqsədlə Viki-Mərkəz yaradılıb. Mərkəzdə AMEA institutlarının əməkdaşlarından təşkil olunmuş viki-qruplara həm mühazirələr oxunacaq, həm də praktiki seminarlar keçiriləcək. İ.Ələkbərova bildirib ki, kurs AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, həmçinin alimlərimizin bilik və təcrübəsinin gələcək nəslə ötürülməsində böyük əhəmiyyət kəsb edən Wikipedia ensiklopediyası ilə işləmək qaydalarının tədrisini nəzərdə tutur. Kurslarda elmi tutumlu materialların “Wikipedia”nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi, viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanacaq. 

Kurslar Azərbaycan ilə bağlı mühüm əhəmiyyət kəsb edən elmi məqalələrin, kitabların və digər məlumatların “Wikipedia” kimi qlobal informasiya resursunda öz əksini tapmasına əsaslı təsir edəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı