WikiLeaks ABŞ prezidentinin yazışmalarını İnternetə yerləşdirib Oktyabr 21, 2016 | 11:28 / Maraqlı məlumatlar

Beynəlxalq sosial internet layihəsi olan WikiLeaks ilk dəfə olaraq ABŞ prezidenti Barak Obamanın qəbul etdiyi və göndərdiyi elektron mesajları internetə yerləşdirib.

The Hill internet resursunun məlumatına əsasən, mesajlar 2008-ci ilin oktyabr ayında, B.Obama birinci prezident seçkilərində qalib gəlməmişdən öncə göndərilmişdir.

Yazışmalar Obama və ABŞ Demokrat Partiyasının üzvü Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podesta arasında aparılmışıdır. Burada Obamanın bobama@ameritech.net elektron ünvanından istifadə etdiyi göstərilir. Qeyd edək ki, indiyədək ABŞ prezidentinin bu domendən istifadə edib-etməməsi  ictimaiyyətə məlum deyildi.

Yazışmalarda onlar Obamanın mümkün prezidentliyini, onun prezident seçiləcəyi halda G20 sammitində iştirakını müzakirə ediblər. Bildirilir ki, mesajların əksəriyyəti Podesta tərəfindən göndərilib.  

Dövlət, korporasiya yaxud dinə məxsus sızdırılmış məxfi məlumat və sənədləri dərc edən WikiLeaks bundan öncə də Klintonun qərargah başçısının yazışmalarının 13-cü hissəsini internetə yerləşdirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı