Süni ağaclar elektrik enerjisi istehsal edir Oktyabr 13, 2016 | 04:00 / Texnoloji yeniliklər

Fransanın “NewWind” şirkəti zəif külək əsdikdə belə elektrik enerjisi istehsal edə bilən süni ağac hazırlayıb. Hər biri 100 Vt-dək elektrik enerjisi istehsal edən 54 “aeroyarpaq”la təchiz edilmiş ağacın illik məhsuldarlığı təxminən 5,4 MVt təşkil edir. Bundan başqa, süni ağacın dizaynı adi yel dəyirmanı ilə müqayisədə daha cəlbedicidir.

Artıq Almaniya, İsveçrə və Fransada bir neçə nümunə quraşdırılıb. Sifarişçi qismində bələdiyyələr və kommersiya təşkilatları çıxış ediblər. Süni ağacın qiyməti 55 350 ABŞ dolları təşkil edir.

nanonewsnet.ru saytının məlumatına əsasən, 2018-ci ilədək fərdi istehlakçılar üçün süni ağacın kiçik modeli hazırlanacaq.

Qeyd edək ki, külək enerjisindən istifadə bütün dünya üzrə bərpa olunan enerjiyə keçidin ən populyar üsullarından birinə çevrilir. Ekspertlərin proqnozlarına görə, Avropada yaxın 10 ildə külək enerjisinin istehsalı 140 QVt-dək arta bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı