Yeni nəsil superkompüterin hazırlanmasına başlanılıb Oktyabr 13, 2016 | 11:00 / Texnoloji yeniliklər

Çinin Milli Müdafiə Elm və Texnika Universiteti və Dövlət Superkompüter Hesablamaları Mərkəzi yeni nəsil superkompüter hazırlamağa başlayıb.

Milli Müdafiə Elm və Texnika Universiteti nümayəndəsinin sözlərinə görə, yeni superkompüter saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək. Gələcək superkompüter elmi-texniki tərəqqinin irəliləməsində və müxtəlif sahələrin inkişafında mühüm rol oynayacaq.

dni24.com saytının məlumatına əsasən, bir müddət əvvəl Avropa İttifaqı, Yaponiya və ABŞ da yeni nəsil superkompüter hazırlamağa başlayıblar. Onların məqsədi 2020-ci ilədək saniyədə kvintilyon əməliyyat yerinə yetirə biləcək kompüter ərsəyə gətirməkdir.

Xatırladaq ki, ölkədə 6 il əvvəl hazırlanan ilk “Tianhe-1” superkompüteri saniyədə kvadrilyon əməliyyat yerinə yetirə bilir. Kompüter hazırda da fəaliyyət göstərərək neft kəşfiyyatı, avadanlıq istehsalı, bioəczaçılıq və s. ilə əlaqədar qarşıya qoyulan vəzifələri icra edir. “Tianhe-1” hər gün 1400-dən çox tapşırıq yerinə yetirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı