Robot-cərrahın köməyilə insanın gözləri əməliyyat olunub Oktyabr 11, 2016 | 03:55 / Texnoloji yeniliklər

Gözün cərrahiyyəsi sahəsində ilk avtomatlaşdırılmış əməliyyat həyata keçirilib.

Böyük Britaniyanın Oksford şəhərində yerləşən Con Redkliff (John Radcliffe Hospital) xəstəxanasının cərrahları insanın gözündə torlu qişanı örtən membranı azca qaldırmaqla distant əməliyyat həyata keçiriblər. dailytechinfo.org saytının məlumatına görə, cərrahlar gözün torlu qişasında distant əməliyyat keçirmək üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış Robotic Retinal Dissection Device (R2D2) robotundan istifadə ediblər. Qurğunun ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, o cərrahın əllərinin titrəməsini azaldaraq tamamilə yox etmək imkanına malikdir. Dünya Rekordları Akademiyasının (World Record Academy) məlumatına əsasən, bu, tarixdə gözün cərrahiyyəsi sahəsində ilk avtomatlaşdırılmış əməliyyatdır.

R2D2 robotu “Preceyes BV” holland robot texnika şirkəti tərəfindən istehsal edilmişdir. Robotda yüksək dəqiqliyə malik 7 elektrik ötürücü vardır. Cərrah joystik, sensor ekran və əməliyyat mikroskopundan istifadə etməklə robotun hərəkətlərini dəqiqliklə idarə edə bilir. 

Qeyd edək ki, pasiyent rolunda 70 yaşlı keşiş Uilyam Biver çıxış etmiş, onun gözünün torlu qişasında olan problem tamamilə aradan qaldırılmışdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı