Hər saat təhlükəsizlik şifrəsini dəyişən bank kartı hazırlanıb Oktyabr 10, 2016 | 11:26 / Texnoloji yeniliklər

Son zamanlar bank kartları ilə bağlı internet fırıldaqçılıq vüsət alıb. Əksər banklar şübhəli əməliyyatların işarələnməsi yolu ilə fırıldaqçılarla mübarizə aparmağa çalışsalar da, bu sistem özünü doğrultmayıb.

techcult.ru saytının məlumatına görə, Fransanın “Sosiete General” və “Groupe BPCE” bankları internet fırıldaqçılığın qarşısının alınması üçün hər saat təhlükəsizlik şifrəsini dəyişən yeni bank kartını istifadəyə veriblər. “Oberthur Technologies” şirkətinin hazırladığı “Motion Code” adlı sistem kart oğurlandıqda ondan istifadəni qeyri-mümkün edəcək.

Kredit kartının arxa hissəsində yerləşdirilmiş kiçik ekranda hər saat dəyişən təhlükəsizlik şifrəsi əks olunur. Ekran möhkəm sukeçirməz materialdan hazırlanıb və kartın qalınlığına uyğundur. Kart kiçik litium akkumulyator vasitəsilə enerji ilə doldurulur.

Yeni bank kartı yaxın zamanlarda Fransada əlçatan olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı