İnsanın sağlamlıq vəziyyətini izləyən qurğu təqdim olunub Oktyabr 06, 2016 | 04:03 / Texnoloji yeniliklər

“Radioelektron texnologiyalar” konserni insan orqanizminin əsas göstəricilərini qeydə alaraq məlumatları tibbi mərkəzə ötürən yeni teletibbi qadjetini təqdim edib.

hi-news.ru saytının məlumatına görə, “CardioMarker” adlı qadjet iki hissədən ibarətdir: ürək hissəsinə bərkidilən daşınan modul elektrokardioqram, temperatur və nəbz kimi göstəriciləri qeydə alır, xüsusi “ağıllı” qolbaq və smartfon üçün proqram isə məlumatları pasiyentə, həkimə və hətta təcili yardım briqadasına göndərə bilir.

Bütün məlumatlar mühafizə olunmuş mobil və radioəlaqə kanalları vasitəsilə real vaxt rejimində ötürülür ki, bununla da məlumatların məxfiliyi qorunur. Pasiyentin göstəriciləri normaya uyğun olmadıqda qurğu həkimə və ya ən yaxın məsafədə olan təcili yardım briqadasına xəbərdarlıq göndərir.

“CardioMarker” aritmiya, işemiya (infarkt) hallarını aşkarlaya, yorğunluq dərəcəsi, stress səviyyəsi, orqanizmin bərpa olunma qabiliyyəti haqqında məlumatları əldə edə bilir. Qeyd olunan funksiyalar ürək-damar xəstəliklərinin izlənməsi və profilaktikası üçün vacibdir. Bundan başqa, qurğu idman tibbi sahəsində idmançıların göstəricilərinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.

Hazırda kliniki sınaqları keçirilən tibbi qadjetin kütləvi istehsalına cari ilin 3-cü rübünün sonunda başlanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı