Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Azərbaycanda keçiriləcək Oktyabr 06, 2016 | 05:00 / Mühüm hadisələr

Bu barədə AR Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında məlumat verib.

Məruzəçinin sözlərinə görə, 2015-ci ilin yayında Qazaxstanın Almatı şəhərində yaşı 20-dək olan məktəblilər arasında keçirilmiş XXVII Beynəlxalq İnformatika Olimpiadasında (BİO) ölkəmizdə informatika üzrə olimpiada hərəkatının inkişafına təkan verəcək çox mühüm hadisə baş vermişdir. Belə ki, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi etmək üçün Azərbaycan hökuməti adından AR Təhsil nazirinin "Niyyət məktubu" olimpiadanın Beynəlxalq Komitəsinə təqdim olunmuşdur. Beləliklə, Olimpiadanın Beynəlxalq Komitəsi Azərbaycanın təqdimatını dinlədikdən sonra Baş Assambleyanın iclasında  Olimpiadanın 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərar vermişdir.

Beynəlxalq İnformatika Olimpiadası (International Olympiad in Informatics - IOI) orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışdır. İlk belə olimpiada 1989-cu ilin may ayında YUNESKO-nun təşkilatçılığı və maliyə dəstəyilə Bolqarıstanın Pravets şəhərində keçirilmişdir. Bu yarışda 13 ölkənin komandası iştirak etmişdir. BİO-da iştirakçı ölkələrin sayı ilbəil artmış və son olimpiadada bu göstərici 81-ə çatmışdır.

Azərbaycan bu olimpiadaya 1993-cü ildə dəvət almış, lakin həmin il viza problemi səbəbindən Argentinada keçirilən yarışlara qatıla bilməmişdir. Məktəblilərimiz ilk dəfə 1994-cü ildə İsveçdə keçirilən 6-cı Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmişlər. Bu olimpiadalarda Azərbaycan məktəbliləri bugünədək 1 gümüş və 4 bürünc medal qazanmışlar. 

Qeyd edək ki, 2017 və 2018-ci illərdə Beynəlxalq İnformatika Olimpiadası müvafiq olaraq İran və Yaponiyada keçiriləcək. 2020-ci ildə isə bu möhtəşəm yarışa Sinqapur ev sahibliyi edəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı