Yeni nanosensorlar xərçəng xəstəliyinin müalicəsində kömək edəcək Oktyabr 05, 2016 | 06:00 / Texnoloji yeniliklər

Alimlər tərəfindən yaradılmış nanosensorlar xərçəng şişini dəqiq təsvir edərək onun müəyyən müalicə növünə reaksiyası haqda məlumat formalaşdıra biləcək.

“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatında bildirilir ki, xərçəng şişləri ilə mübarizə üçün yeni nanosensorlar Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanıb. Sistem zülal zəncirindəki amin turşuları arasında peptid əlaqəni parçalayan proteolitik fermentlərin (proteazlar) tətbiqinə əsaslanıb. Xərçəng hüceyrələri öz mühitini yenidən qurmaq üçün məhz bu ferment tipindən istifadə edirlər.

Yeni tip sensorun adaptasiyasından sonra o, xərçəng şişinin davranışının nə qədər aqressiv olduğunu müəyyənləşdirə bilər ki, bu da həkimlərə hər bir pasiyent üçün uyğun müalicə seçməyə imkan verəcək.

Artıq laboratoriya siçanları üzərində yeni yanaşmadan istifadəyə əsaslanan sınaqlar keçirilib. Alimlər sınaqlar nəticəsində müəyyən dərman preparatlarından istifadə zamanı şişlərin davranışını proqnozlaşdıra biliblər.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı