Planetin ilk qadın-proqramçısı Mart 07, 2014 | 11:00 / Texnoloji yeniliklər

Avqust Ada Kinq kompüter texnikası tarixinə öz adını ilk qadın-proqramçı kimi yazdırmışdır. O kompüterin bir çox tətbiqi məsələlərin həlli üçün çoxfunksiyalı alət rolunu oynaya biləcəyini qabaqcadan proqnozlaşdırmışdı 

Ada Avqust Bayron-Kinq dünyada ilk proqramçı kimi tanınır. Tanınmış ingilis şairi Lord Bayronun qızı Ada Kinq 1842-ci ildə ixtiraçı Çarlz Bebbicin hazırladığı layihə əsasında hesablama maşınının təsvirini verməklə ilk proqramı yaratmış və bununla tarixə düşmüşdür. Məhz o, proqram təminatı tarixində ilk dəfə proqramlaşdırmanın əsas anlayışlarını təqdim etmişdir. Bundan başqa hesablama texnikasından praktiki istifadənin mümkün istiqamətlərini – musiqi əsərlərinin yazılması, mürəkkəb qrafiki obyektlərin qurulması və hətta kompüter oyunlarını proqnozlaşdırmışdır. 

1976-cı ildə ABŞ-ın Müdafiə Nazirliyi Amerika Silahlı Qüvvələrinin vahid proqramlaşdırma dilinin adını rəsmi olaraq təsdiq etmişdir. Planetin ilk qadın-proqramçısının şərəfinə proqramlaşdırma dili "ADA" adlandırılmışdır. 

Ada Bayron 1852-ci il noyabrın 27-də Londonda dünyasını dəyişmişdir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı