Superkompüterin yaradıcısının doğum günüdür Sentyabr 28, 2016 | 02:20 / Maraqlı məlumatlar

1925-ci ilin bu günü amerikalı mühəndis, bir sıra superkompüterlərin yaradıcısı Seymur Kreyin doğum günüdür. Alim tarixə öz adını CDC 6600 maşınının ixtirası ilə yazdırmış və bu, S.Kreyə dünya şöhrəti qazandırmışdır.  

Krey 1925-ci il sentyabrın 28-də ABŞ-ın Viskonsin ştatında dünyaya göz açmışdır. Atası mühəndis-inşaatçı olduğundan o, oğlunun elm və mühəndislik sahəsinə  maraq göstərməsində xüsusi rol oynamışdır.

Krey 1950-ci ildə Minnesot universitetində elektrotexnika üzrə bakalavr dərəcəsini bitirmişdir. Öz karyerasına UNIVAC I elektron rəqəmsal hesablama maşını ilə işləyərək başlamışdır. 1957-ci ildə o, öz dövrünün əsas kompüter istehsalçısı olan Control Data Corporation (CDC) şirkətinin əsasını qoymuşdur. Onun yaratdığı CDC 6600 və CDC 7600 böyük kompüterləri yüksək əməliyyat sürətilə fərqlənirdi.

Seymur Krey 1972-ci ildə dünyada ən böyük superkompüterlərin istehsalı ilə məğul olan “Cray Research Inc.” adlı şəxsi şirkətini qurmaq məqsədilə CDC-i tərk etdi.  Onun yeni ixtirası məlumatların emalını eyni zamanda – paralel olaraq həyata keçirən multiprosessorlu kompüterlər idi. Qurğu saniyədə 240 milyon hesablamanı həyata keçirə və mürəkkəb fiziki hadisələrin modelləşdirilməsi kimi elmi araşdırmalar üçün tətbiq edilə bilirdi.

ubr.ua saytının məlumatında bildirilir ki, belə kompüterlər hökumət müəssisələri və universistet laboratoriyalarına satılırdı.  Kreyin növbəti modelləri – “Krey 1-М” və “Krey Х-МР” isə daha böyük sürətə malik idi.

1985-ci ildə dünya bazarına saniyədə 1200 milyon əməliyyatı həyata keçirən "Krey-2" maşını çıxarıldı. 1988-ci ildə təqdim edilmiş “Krey Y-MP”  qurğusu bir az da "irəli gedərək" saniyədə 2,670 milyon əməliyyatı yerinə yetirirdi.

1989-cu ildə Krey “Cray Computer Corporation” şirkətinin əsasını qoydu. Lakin mikroprosessor texnologiyalarının geniş yayılması və hərbi təşkilatlar tərəfindən böyük kompüterlərin satışının ixtisar edilməsilə əlaqədar olaraq, yeni şirkət heç bir kompüter satmayaraq 1995-ci ildə müflis olmuşdur.

S.Krey 1996-cı il mayın 2-də 71 yaşında vəfat etmişdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı