“Google” şirkətinin yaranmasından 18 il ötür Sentyabr 27, 2016 | 04:45 / Maraqlı məlumatlar

Sentyabrın 27-də dünyanın ən nəhəng şirkətlərindən olan “Google”un yaranmasından 18 il ötür. Bu münasibətlə axtarış sisteminin əsas səhifəsində bayram loqotipi yerləşdirilib. İstifadəçi loqotipin üzərinə basdıqda “Google-un ad günü nə vaxtdır” sorğusu üzrə axtarış nəticələrindən ibarət səhifə açılır.

“Google.com” domeni 15 sentyabr 1997-ci il tarixdə Stenford Universitetinin tələbələri Larri Peyc və Serqey Brin tərəfindən qeydiyyatdan keçirilib. Axtarış sisteminin adı təsadüfən seçilməyib: şirkətin adı bir və yüz ədəd sıfırdan ibarət sayı ifadə edən (10 üstü 100) “googol” ingilis sözünün təhrif olunmuş formasıdır. 

searchengines.ru saytının məlumatına görə, Google rəsmi olaraq 4 sentyabr 1998-ci il tarixdə təsis edilsə də, şirkət yaranma tarixini həm 7, həm də 27 sentyabr tarixində qeyd edir.

Qeyd edək ki, Google hər gün 1 milyarddan çox axtarış sorğusu və 24 petabayt istifadəçi məlumatını qəbul edərək bütün dünya üzrə məlumatların emalı mərkəzlərində təxminən 1 milyon serveri idarə edir. 

Şirkət istehsalçıları istifadəçilər üçün maksimum rahatlığı təmin etmək məqsədilə poçt, axtarış sisteminin kiçiklər üçün nəzərdə tutulmuş versiyasını, tərcüməçi, sosial şəbəkə, baruzer və digər faydalı internet-köməkçilər də yaradıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı