Süni intellekt musiqi kompozisiyaları təşkil edəcək Sentyabr 27, 2016 | 10:42 / Maraqlı məlumatlar

“Sony” şirkətinin CSL Research Laboratory laboratoriyasının tədqiqatçıları 2017-ci ilədək süni intellekt sistemi tərəfindən təşkil edilmiş kompozisiyalardan ibarət albom hazırlamağı planlaşdırırlar. dailytechinfo.org saytının məlumatına görə, bu yaxınlarda dünya ictimaiyyəti  2 belə kompozisiya -  məşhur "The Beatles" musiqi qrupunun stilinə uyğun olan "Daddy's Car" və "Mister Shadow" ilə tanış olmaq imkanına malik olmuşdular.

FlowMachines adlı sistem mahnı və musiqi kompozisiyalarının ümumi bazasında təlim prosesi keçərək müxtəlif musiqi stillərinin əsas xüsusiyyətlərini öyrənib. Stillərin unikal kombinasiyalarını təşkil edən sistem ifaçıların qarşılıqlı təsir və mürəkkəb optimallaşdırma metodlarını tətbiq edərək unikal stillərə malik hər hansı bir ifaçının stilinə uyğun şəxsi kompozisiyalarını təşkil edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı