Azərbaycan dünya üzrə internet istifadəçilərinin sayına görə 36-cı yerdədir Sentyabr 22, 2016 | 11:46 / Maraqlı məlumatlar

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “The State of Broadband” adlı yeni hesabatında Azərbaycanın ayrı-ayrı göstəricilər üzrə mövqeyi yüksəlib. Belə ki, ölkəmiz reytinq cədvəlində hər 100 nəfərə düşən  internet istifadəçilərinin sayına görə 63-cü yerdən 36-cı yerə qalxıb. Hesabata əsasən, ölkədə hər 100 nəfərdən 77-si  internet istifadəçisidir.

ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə isə Azərbaycan reytinq cədvəlində 53-cü pillədə qərarlaşıb. Hazırda ölkədə 100 nəfərə 19,76  genişzolaqlı internet istifadəçisi düşür.

Azərbaycan bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyub. Məlumat üçün bildirək ki, sözügedən reytinqdə Monako (hər 100 nəfərə 47,47 istifadəçi) liderlik mövqeyindədir. Sonrakı yerləri İsveçrə, Lixtenşteyn, Danimarka və Niderland bölüşür.
 
Bundan başqa,  ölkəmiz mobil genişzolaqlı internet abunəçilərinin sayına görə də mövqeyini yaxşılaşdırıb. Belə ki, Azərbaycan dünya üzrə reytinqdə 60-cı yeri tutub. Müqayisə üçün qeyd edək ki, əvvəlki reytinqdə ölkəmiz hər 100 nəfərə düşən 46,8 abunəçi ilə 68-ci yerdə qərarlaşmışdı.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı