DARPA agentliyi dronları izləmə sistemini hazırlayır Sentyabr 22, 2016 | 11:00 / Maraqlı məlumatlar

Pilotsuz uçan aparatların sürətlə populyarlaşması təhlükəsizlik baxımından potensial təhlükə mənbəyi olduğu üçün hərb sənayesini onları nəzarətə götürməyə vadar edir. Belə ki, DARPA agentliyi pilotsuz təyyarələrdən istifadənin effektivliyi və təhlükəsizliyini artırmaq məqsədilə kiçik hündürlükdə istismar edilən dronları izləməyə imkan verən sistem hazırlamağa qərar verib.

naked-science.ru saytının məlumatına əsasən, Aerial Dragnet adlı yeni izləmə sistemi şəhərlərin üzərində 300 m-ə qədər hündürlükdə uçan kiçik pilotsuz təyyarələrin aşkar edilməsi üçün istifadə olunacaq. Agentliyin nümayəndələrinin bildirdiyinə görə, belə sistem yeni texnologiyaların hazırlanmasını, həmçinin təyyarələri izləyən mövcud sistemlərin öyrənilməsini tələb edəcək. Sistem yalnız dronların toqquşmasının qarşısını almağa deyil, həm də quş uçuşu hündürlüyündən  şəhəri izləməyə imkan verəcək. Hazırda bu sistemlər hərbi pilotsuz uçan aparatların açıq meydançalarda dronları aşkar edən izləmə texnologiyalarına əsaslanıb.

DARPA nümayəndələrinin sözlərinə görə, agentlik yeni layihənin reallaşdırılması üçün müxtəlif qəbuledicilər və izləmə sistemləri üzrə iş təcrübəsinə malik peşəkar mühəndislər komandası axtarışındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı