İnstitutun alimləri "Elm və Texnologiya Konqresi”ndə məruzə ilə çıxış edəcəklər Sentyabr 21, 2016 | 11:00 / Konfranslar, iclaslar

3-6 oktyabr 2016-cı il tarixlərdə Türkiyənin paytaxtı Ankara şəhərində "Elm və Texnologiya Konqresi” keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd Türk dünyasında elmin mövcud vəziyyəti və elm adamları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsinin müzakirəsidir.

Konfransda, iştirakçı alim və mütəxəssislər  Türk dünyasında elm və texnologiyanın inkişafı, əsas stratejik hədəflər və mövcud problemlərə dair müzakirələr apararaq, fikir və təcrübələrini bölüşəcəklər.  

Qeyd edək ki, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev də iştirak edəcəklər. Ə.Əliyev “Azərbaycanda elm ve yeni informasiya iqtisadiyyatının strateji hədəfləri”, F.Ağayev isə “Türk dünyasında informasiya texnologiyaları mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı