“iPhone 7” məhsuldarlıq testlərində bütün smartfonları geridə qoyub Sentyabr 20, 2016 | 02:42 / Maraqlı məlumatlar

iPhone 7-yə quraşdırılmış A10 Fusion prosessoru SoC (system on a chip) əsasında işləyən Qualcomm, Samsung və MediaTek kimi rəqib smartfonlarla müqayisədə ən yaxşı nəticələri göstərib. Bu fakt TechGrapple portalının  keçirdiyi məhsuldarlıq testləri nəticəsində məlum olub.  

Sınaqda IPhone-dan başqa, Snapdragon 821 prosessoru əsasında işləyən smartfonlar arasında birinci yeri tutmuş Asus Zenfone 3 Deluxe, Exynos 8890 prosessorlu Samsung Galaxy S7 Edge və Helio X25 əsasında işləyən Meizu Pro 6 da iştirak edib. Çipin bir nüvəsinin məhsuldarlığı testinə görə Apple öz rəqiblərini əhəmiyyətli dərəcədə  üstələsə də, A10 Fusion-un çoxnüvəli testində Exynos-dan bir qədər geri qalıb.

lenta.ru saytının məlumatına görə, qrafiklər üzrə testlərdə Apple çipinin rəqiblərindən üstünlüyü daha aydın nəzərə çarpıb. Belə ki, GFXBench-in keçirdiyi bütün sınaqlarda iPhone 7 saniyədə 60 kadr çəkə bilib.

Qeyd edək ki, “Apple” şirkəti iPhone 7-ni sentyabr ayının əvvəllərində San-Fransiskoda keçirilən tədbirdə təqdim etmişdir. Yeni qurğunun əsas xüsusiyyəti ondan ibarətdir ki, smartfonda qulaqcıqlar üçün olan 3,5 millimetrlik birləşdirici element ləğv edilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı