Yarım milyon saytın fəaliyyəti dayandırılıb Mart 06, 2014 | 11:00 / Texnoloji yeniliklər

"Netcraft" analitiklərinin son tədqiqatlarına əsasən, mart ayının əvvəlində İnternetdə 919,5 milyon sayt qeydə alınıb. Bu isə fevral ayı ilə müqayisədə yarım milyon aşağı göstəricidir. pitbit.ru saytından bildiriblər ki, bu azalma hostinq-provayderlərin təşkil etdiyi növbəti kütləvi "təmizləmə" əməliyyatı zamanı baş vermiş, nəticədə milyonlarla sayt bağlanmışdır. 

Veb-serverlərin statistikasına gəldikdə isə, Apache dünya bazarında liderliyini yenə də qoruyub saxlayır. Martın əvvəlində bu serverdə saytların 38,6%-i işləmişdir. Ona yaxın olan rəqib - Microsoft IIS bazarın 31,1%-ni əhatə edir. Lakin bu serverin payı fevral ayı ilə müqayisədə 1,69% aşağı düşmüşdür. Nginx veb-serverinin bazar payı hazırda 15,56%-dir. Google-da isə saytların 2,28%-i yerləşir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı