İnstitutun şöbə müdiri BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının iclaslarında çıxış edəcək Sentyabr 16, 2016 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev 20-22 sentyabr 2016-cı il tarixlərdə Qazaxıstanın Almatı şəhərində keçiriləcək BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iclaslarında iştirak edəcək.

Ə.Əliyevin UNESCAP-ın biliklər iqtisadiyyatı və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin hədəfləri üçün dayanıqlı İKT üzrə regional seminarı və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramın (SPECA) Tematik İşçi qrupunun VIII sessiyasının bilik əsaslı inkişafa dair görüşündə iştirakı nəzərdə tutulub.

Beynəlxalq tədbirlərin keçirilməsində məqsəd İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2030-cu il üçün hədəfləri çərçivəsində qlobal şəbəkədə elektron dayanıqlılığın artırılması, İKT-nin fövqəladə hallar zamanı istifadəsinin daha səmərəli təşkili, təbii fəlakətlərin dövlətlər və biznes üzərində təsiri məsələlərinin müzakirəsidir.

Qeyd edək ki, tədbirlərdə iştirak edən nümayəndələr təmsil etdikləri ölkələrdə genişzolaqlı internet və təbii fəlakət risklərinin azaldılmasında İKT-nin roluna dair təqdimatlarla çıxış edəcəklər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı