“Facebook” pilotsuz təyyarə istehsalı ilə məşğul olan şirkəti almaq istəyir Mart 05, 2014 | 05:00 / Texnoloji yeniliklər

Dünyanın ən iri sosial şəbəkəsi olan “Facebook” “Titan Aerospace” şirkətini almaq üçün danışıqlar aparır. “Titan Aerospace” böyük yüksəkliklərə qalxmağa qabil olan və günəş batareyaları ilə işləyən pilotsuz təyyarələrin istehsalı ilə məşğuldur. 

CyberSecurity.ru saytının bildirdiyinə görə, “Titan Aerospace”in alınması “Internet.org – Hamıya İnternet” konsepsiyasının inkişafı çərçivəsində aparılır. Layihəyə 5 milyard insanı İnternetə çıxışla təmin edəcək texnologiyaların üzərində çalışan mobil-texnoloji şirkətlər koalisiyası daxildir. 

“Titan Aerospace”in ilkin olaraq 60 milyon dollar dəyərində qiymətləndirildiyi deyilir. Rəsmi olaraq isə nə “Facebook”, nə də “Titan Aerospace” sövdələşmə ilə bağlı şərh verməyiblər. 

“Facebook” Yer kürəsinin müasir naqilsiz şəbəkə infrastrukturu olmayan müxtəlif hissələrində təxminən 11 min pilotsuz təyyarənin yerləşdirilməsində maraqlıdır. İlkin mərhələdə İnternetə çıxış yaradan bu təyyarələrin Afrikanın bəzi ərazilərində yerləşdirilməsi təklif olunub. “Facebook” xüsusən də 20 km hündürlükdə işləyə bilən “Solara 60” təyyarəsi ilə maraqlanır. Bu təyyarələr konstruksiya, günəş batareyaları və akkumulyatorların sayəsində havada çox uzun müddətə - 1 il enerjisiz işlərə bilirlər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı