Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq Sentyabr 15, 2016 | 11:00 / Maraqlı məlumatlar

“Facebook” sosial şəbəkəsi və “Twitter” mikrobloqlar servisi özündə 30-dan çox media şirkətini birləşdirən, məqsədi sosial şəbəkələrdə uydurma xəbərlərin yayılması ilə mübarizə aparmaq və informasiyanın keyfiyyətinin yaxşılaşdırılması olan ittifaqa qoşulub.

hitech.newsru.com saytının məlumatına görə, söhbət ötən ilin iyununda “Google” şirkətinin dəstəyi ilə istifadəyə verilən “First Draft Coalition” layihəsindən gedir. O zaman layihə müəllifləri şirkətlər üçün praktiki təlimat yazacaqlarını, sosial şəbəkə istifadəçiləri arasında media savadlığının inkişafı ilə məşğul olacaqlarını, eləcə də istifadəçilərin xəbərləri təsdiq və ya inkar etmələri üçün platforma işə salacaqlarını bəyan ediblər.

Təşkilatın idarəedici direktoru Cenni Sarcentin sözlərinə görə, platformanın oktyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Layihədə “Facebook” və “Twitter” ilə yanaşı, “New York Times” və “Washington Post” qəzetləri, “BuzzFeed News” nəşri, “AFP” agentliyi və “CNN” telekanalı iştirak edir.

Qeyd edək ki, “Facebook” və “Twitter” uydurma xəbərlərin yayılmasına görə dəfələrlə tənqid olunub.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı