Yeni texnologiya bağlı kitabları oxuyacaq Sentyabr 14, 2016 | 05:10 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutu və Corciya Texnologiya İnstitutunun tədqiqatçıları bağlı kitabların oxunmasına imkan verəcək kitabların mündəricatını müəyyənləşdirən yeni sistem hazırlayıblar.

4PDA” resursunun məlumatına görə, eyni anda doqquz kitabı vərəqləmədən oxumağa imkan verən sistem ilk baxışdan rentgeni xatırladır və mürəkkəblərdən başqa cür əks edilən mətni kağız qatlarının içindən skan edən terahers şüalandırmadır. Rentgen şüalanma belə seçimi təmin edə bilmir, ultrasəs isə dərinlik üzrə analoji təsviri əldə etməyə imkan vermir. Müxtəlif işıq əksetmələri sistemə kağızı mürəkkəbdən seçməyə imkan verdiyi halda 20 mikron qalınlığında hava qatları müxtəlif səhifələri fərqləndirə bilir.

Texnologiyanın ilkin mərhələdə olmasına baxmayaraq tədqiqatçılar artıq sistem vasitəsilə kitabın ilk 20 səhifəsi arasında olan məsafəni ölçməyə, eləcə də ilk 9 səhifədə çap edilən ayrı-ayrı hərfləri müəyyənləşdirməyə nail olublar. Hazırda alimlərin məqsədi sistemin dəqiqliyini artırmaqdan, həmçinin tanınan səhifələrin sayını artırmağa imkan verəcək şüalandırma mənbəyinin axtarışından ibarətdir. 

Texnologiya faydalı görünməsə də (çünki kitabı ələ götürüb oxumaq daha asandır) sistem uğur qazanacağı təqdirdə zədələnən tarixi artefekatların və qədim abidələrin analizinə kömək edə bilər.


İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı