AMEA-nın magistraturasına qəbulun nəticələri məlum olub Sentyabr 09, 2016 | 04:26 / Mühüm hadisələr

AMEA-nın magistraturasına keçirilən müsahibədə ən çox müraciət İnformasiya Texnologiyaları İnstitutunda qeydə alınmışdır

Məlum olduğu kimi, ölkədə elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verilir. AMEA-nın magistraturasına qəbulun həyata keçirilməsi də bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.

Cari ildə yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq həvəsi olan bakalavrların seçilməsi məqsədilə 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına müsahibə keçirilmiş, müsahibədə AMEA-nın 21 institutu üzrə 611 nəfər iştirak etmiş, 56 nəfər qəbul olunmuşdur. Ən çox müraciət isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (84 nəfər) qeydə alınmışdır. Beləliklə, İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına 1 plan yerinə ərizə verənlərin orta sayı 28 nəfər olmuşdur. Bu, akademiya üzrə ən yüksək göstərici hesab olunur.

AMEA İnformasiya Texnologiyaları İnstitutuna 2016/2017-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249178 – Kompüter mühəndisliyi”, “249186 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə 3 yer ayrılmışdır. Bakı Dövlət Universitetinin bakalavrları Cabir Əmirxanlı, Elşən Bağırov və Şəlalə Mansurova qeyd olunan ixtisaslar üzrə magistrant adını qazanmışlar.

Bununla yanaşı, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində ingilis dili, psixologiya, pedaqogika kimi ümumi fənlər üzrə nəzəri və praktiki dərslər tədris olunur.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı