Rusiyada kompüter elmləri fakültəsi təsis edilib Sentyabr 09, 2016 | 12:42 / Maraqlı məlumatlar

Rusiyanın Milli Tədqiqat Universiteti “Ali iqtisadiyyat  məktəbi” və “Yandeks” şirkəti birgə kompüter elmləri fakültəsini təsis ediblər. Əsas məqsəd "Nəzəri və tətbiqi informatika", o cümlədən "Proqram mühəndisliyi" proqramları üzrə mütəxəssislər hazırlamaqdır. Fakültə Ali iqtisadiyyat məktəbində mövcud olan proqram mühəndisliyi ilə tətbiqi riyaziyyat və informatika bölmələrini birləşdirəcək. Onlara yeni - Böyük Verilənlər və informasiya axtarışı departamenti də əlavə ediləcək.

"Yandeks"in baza kafedrası əsasında fəaliyyət göstərəcək fakültənin tədris planını universitetin müəllimləri və "Yandeks"in mütəxəssisləri hazırlayacaq. Tədrisə maşın təlimi, Böyük Verilənlər və kompüter elmlərinin digər istiqamətləri üzrə kurslar da daxil olacaq. Mühazirə və seminarları isə Milli Tədqiqat Universiteti “Ali iqtisadiyyat  məktəbi” və "Yandeks" əməkdaşları aparacaqlar.

                                                                                                                                          "Открытые системы" jurnalı

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı