Smartfonlar superkompüter olacaq Sentyabr 09, 2016 | 11:00 / Maraqlı məlumatlar

Çox sayda fərdi kompüterin boş hesablama resurslarından istifadə üzrə layihələr bütün dünyada müxtəlif elmi məsələlərin həlli məqsədilə uzun müddətdir ki, reallaşdırılır.

Открытые системы” jurnalının məlumatına görə, “HTC” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən smartfonlar əsasında eyni layihəni həyata keçirməyə hazırlaşır. Milyon sayda “HTC One” smartfonunun ümumi hesablama gücü təxminən bir petaflopsa - dünyanın ən güclü 30 superkompüteri siyahısına daxil olan superkompüterin gücünə uyğundur. Belə resursdan istifadə tibdə və digər sahələrdə əhəmiyyətli məsələlərin həlli müddətini əhəmiyyətli dərəcədə azalda bilər.

Hesablama şəbəkəsinə qoşulmaq üçün smartfonun sahibindən “Google Play” mağazasından “HTC Power To Give” proqramını quraşdırmaq tələb olunur.

Smartfonun sahibi öz istəyinə uyğun olaraq smartfonunun resurslarını verəcək layihəni seçə bilər. Məsələn, “IBM World Community Grid” layihələri arasında xərçəng və QİÇS-ə qarşı dərmanların hazırlanması, suyun təmizlənməsi üçün nanofiltrlər və digər əhəmiyyətli məsələlərlə bağlı layihələr mövcuddur.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı