Hollandiyada sürücüsüz avtobuslardan istifadə olunur Sentyabr 08, 2016 | 12:01 / Maraqlı məlumatlar

Hollandiyada 8 km/saat sürətlə hərəkət edən və sürücüsüz nəqliyyat vasitəsi olan 6 nəfərlik “WePod” şəhərətrafı avtobusu ilə dünyada ilk dəfə olaraq ictimai nəqliyyat xətlərində sərnişin daşınmasına başlanılıb.

Computerworld” internet nəşrinin məlumatına görə, sözügedən layihənin tərəfdarları iddia edirlər ki, dünyadakı nəqliyyat yollarında bir çox avtomatlaşdırılmış nəqliyyat vasitələrinin olmasına baxmayaraq, “WePod” avtobusu ictimai nəqliyyat xətlərində tamamilə avtomatik rejimdə və sürücüsüz hərəkət edən ilk nəqliyyat vasitəsidir.

Xatırladaq ki, “WePod” layihəsi üzərində işlərə ötən ilin iyun ayında başlanılıb. Layihənin məqsədi Ede-Vaqeninqen dəmiryol stansiyası, avtobus stansiyası və Vaqeninqen Universitetinin Elmi-tədqiqat mərkəzi arasındakı 6 km marşrut üzrə sərnişinləri daşıyacaq nəqliyyat sisteminin yaradılmasıdır.

Gələcəkdə bu nəqliyyat vasitəsinin hərəkət sürətinin saatda 25 km-ə çatdırılması planlaşdırılır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı