Rusiyanın Top50 reytinqinin növbəti redaksiyası təqdim edilib Sentyabr 08, 2016 | 11:47 / Maraqlı məlumatlar

MDB-nin ən güclü superkompüterlərinin siyahısı olan Top50-nin 23-cü redaksiyası rəsmi olaraq təqdim edilib. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin elmi-tədqiqat hesablama mərkəzi və Rusiya Elmlər Akademiyasının idarələrarası superkompüter mərkəzi tərəfindən təşkil edilən siyahı hər yarım ildə yenilənir.

Computerworld” internet nəşrinin məlumatına görə, Top50 siyahısına Moskva Dövlət Universitetində təsis edilmiş “T-Platformalar" şirkətinin istehsalı olan "Lomonosov-2" superkompüteri başçılıq edir: onun məhsuldarlığı əvvəlki kimi 1849 TFLOPS–dur. İkinci yeri də, həmçinin "T-Platformalar" istehsalı olan 901,9 TFLOPS məhsuldarlığa malik "Lomonosov" superkompüteri tutur. Reytinqin üçüncü pilləsində 658,1 TFLOPS məhsuldarlıqla “Politexnik RSK Tornado” superkompüteri qərarlaşıb. RSK istehsalı olan МВС-10  superkompüteri ən yüksək məhsuldarlıq göstəricisi ilə (523,8 TFLOPS) 4-cü yeri tutur.

Beşinci pilləyə ilk dəfə SuperMicro və “Борлас” şirkətlərinin istehsalı olan 289,5 TFLOPS məhsuldarlığa malik HPC4 superkompüteri daxil olub. Digər süperkompüterlər isə əvvəlki mövqelərini qoruyub saxlayıblar. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı