“Ağıllı” soyuducu istehsal ediləсək Sentyabr 05, 2016 | 03:52 / Maraqlı məlumatlar

"Microsoft" şirkətinin mütəxəssisləri süni intellektlə təchiz ediləcək "ağıllı" soyuducu hazırlamaq niyyətindədirlər. vistanews.ru saytının məlumatında bildirilir ki, ABŞ korporasiyası və "Liebherr" şirkəti yeni nəsil məişət texnikası üzərində birgə çalışırlar.

Soyuducu dondurucuların daxilində quraşdırılan modul sayəsində internetə qoşulmaq imkanına malikdir. "Microsoft" qutuların növləri və onların tərkibini müəyyənləşdirmək, meyvə və tərəvəzlərin xüsusiyyətlərini fərqləndirmək üçün kompüter görmə imkanlarından istifadə edir. Soyuducu topladığı bütün informasiyanı təhlil etdikdən sonra məhsulların maksimum uzunmüddətli saxlanılmasını təmin edəcək optimal temperatur rejimlərini seçməyə başlayır.

"SmartDeviceBox" soyuducusu daxildə olan məhsulları izləmək üçün kameralar və obyektlərin tanınması texnologiyalarından istifadə edəcək. Bunun nəticəsində "ağıllı" məişət texnikasının sahibi evdən kənarda olanda da şəxsi smartfonu vasitəsilə soyuducunun içində olanlardan xəbərdar ola biləcək. 

İlkin qiyməti hələlik məlum olmayan "ağıllı" soyuducunun rəsmi olaraq ictimaiyyətə nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı