Daşınan kameraların tədarükü 3 dəfədən çox artacaq Sentyabr 05, 2016 | 03:28 / Maraqlı məlumatlar

Tractica” tədqiqat şirkətinin proqnozuna əsasən, ən yaxın illərdə daşınan kameraların dünya bazarı 3 dəfədən çox artacaq. Belə ki, bu qurğuların tədarükünün ötən illə müqayisədə (7,4 milyon ədəd2021-ci ildə 24 milyona çatacağı gözlənilir. Həmin vaxt bazarın həcmi 3,4 milyard ABŞ dolları təşkil edəcək.

Mütəxəssislər “ekşn-kamera”larını daşınan kameraların sonrakı tətbiqinə imkan yaradan bazarın ən böyük və əhəmiyyətli seqmenti hesab edirlər. dailycomm.ru saytının məlumatına görə, bu kameralar idmanla məşğul olan zaman və ekstremal şəraitdə çəkiliş üçün istifadə olunur. Həmçinin qeyd edilir ki, daşınan kameralar korporativ sektorda və səhiyyə sferasında ictimai təhlükəsizliyin təminatı məqsədilə tətbiq edilir.

Vendorlara gəlincə, analitiklər qeyd edirlər ki, GoPro ekşn-kameralarının yaradıcısı daşınan kameralar bazarında ən məşhur və uğurlu brenddir. Lakin, ekspertlərin bildirdiyinə görə, son zamanlar bu şirkət Çin istehsalçıları tərəfindən artan rəqabətə görə satış fazilərinin aşağı düşməsindən narahatdırlar. Buna Çinin daşınan kameraların keyfiyyətini artıran və öz məhsulunu daha uyğun qiymətə təklif edən “Xiaomi” şirkətini misal göstərmək olar.

Mütəxəssislərin sözlərinə görə, GoPro-nun zəifləməsi, digər istehsalçılara bazarda öz mövqelərini möhkəmləndirmək şansı yaradacaq.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı