Yaşlı insanların yerişini monitorinq edən sistem hazırlanıb Sentyabr 02, 2016 | 11:00 / Maraqlı məlumatlar

Missuri Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan yeni texnologiya evlərdə yaşlı insanların vəziyyətini izləməklə təhlükəli yıxılmaların qarşısını alacaq.

naked-science.ru saytının məlumatına görə, yeni sistem ahıl insanların bədənində hər hansı qurğunun yerləşdirilməsini tələb etmir. Monitorinq sistemi yaşlı insanın yerişini vizual qiymətləndirən ötürücülər dəstindən istifadə edir. Sistem təhlükəli nəticələrin qarşısını almaq üçün yerişin sürətini, hərəkətdəki dəyişiklikləri və addımın uzunluğunu ölçür.

Tədqiqatlara görə, ahıl insanın yerişi saniyədə 5 sm yubandıqda növbəti üç həftə ərzində yıxılma ehtimalı 86,3 faiz təşkil edir. Tədqiqatdan, həmçinin məlum olub ki, addımın uzunluğu qısa olduqda bu, növbəti həftədə yıxılma ehtimalını 50,6 faizə çatdırır.

Yeni sistemin tədqiqi və sınaqları Missuri Qocalar Evində keçirilib. Qocaların hərəkətində dəyişiklikləri qeydə alan sistem sonradan insidentin şəklini avtomatik çəkərək tibb bacılarını xəbərdar edib. Nəticədə monitorinq sistemi qocaların vəziyyətindəki dəyişikliklərə vaxtında diqqət yetirməyə imkan verib. Dəyişiklikləri aşkar edən mütəxəssislər onlara hərəkət aktivliyini bərpa etməyə kömək etmək üçün müdaxilə edə və ya yerimə zamanı dəyişikliklərə səbəb olan xəstəliklərə diqqət yetirə biləcəklər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı