Uşaq və yeniyetmələrin İnternetin zərərli təsirlərindən qorunması istiqamətində araşdırmalar aparılır Mart 05, 2014 | 12:00 / Konfranslar, iclaslar

Bu barədə məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova verdi. Elmi şuranın iclasında rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planını təqdim edən məruzəçi öncə elmi-tədqiqat işlərini diqqətə çatdırdı. Şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi, virtual məkan mühitində təhsilin monitorinqi və qiymətləndirilməsi metod və alqoritmlərinin işlənilməsi, uşaq və yeniyetmələrin İnternetin zərərli təsirlərindən qorunması və s. kimi istiqamətlərdə aparılan araşdırmalardan söz açdı. 

Şöbə müdiri distant tədris xidmətlərinin həyata keçirilməsi, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu vurğuladı. Respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulunun TİM-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edərək, imtahanların test üsulu ilə keçirilməsi və test bazasının yenilənməsi ilə bağlı həyata keçiriləcək işlər barədə məlumat verdi. 

R.Mahmudova cari ildə şöbədə elmi – innovasiya və praktiki fəaliyyət çərçivəsində görüləcək işləri də diqqətə çatdırdı. Ali məktəb tələbələri arasında informatika üzrə olimpiadanın keçirilməsi işinin təşkili, Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, TİM-in televiziyası və Facebook-dakı səhifəsi üçün materialların hazırlanması ilə bağlı məlumatları diqqətə çatdırdı. Bildirdi ki, bu il TİM-də yeni kursların təşkili və təbliği işləri də nəzərdə tutulur. Buraya e-dövlətin formalaşmasının əsasları, şəbəkə adminstratorluğu, dizayn proqramları, viki - treninqlər və s. daxildir. 

Cari ildə şöbədə beynəlxalq elmi əlaqələrin qurulması ilə bağlı görüləcək işlərdən danışan məruzəçi dünyanın tanınmış tədris mərkəzləri və İT şirkətlərilə əməkdaşlıq münasibətlərinin yaradılmasının da fəaliyyət planına daxil olan məsələlərdən olduğunu vurğuladı. Respublikanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığın mövcud olduğunu və bu əlaqələrin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. 

Mərkəzin rəhbəri müxtəlif təyinatlı elmi nəşrlərin hazırlanması istiqamətində "Elmi informatika" və "İnformatikadan testlər" kitablarının nəşrinin planlaşdırıldığını diqqətə çatdırdı. 

O, həmçinin elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışdı. 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı