“Ağıllı” pəncərələr üçün istilik və işığın miqdarını tənzimləyən yeni elastik material hazırlanıb Avqust 30, 2016 | 05:00 / Maraqlı məlumatlar

Texas Universitetinin alimləri “ağıllı” pəncərələr üçün daxil olan istilik və işığın miqdarını tənzimləməyə imkan verəcək ucuz başa gələn yeni növ elastik material hazırlayıblar.

naked-science.ru veb-saytının məlumatına görə, son üç ildə Deliya Millironun rəhbərlik etdiyi mühəndislər qrupu adi şüşə kimi görünərək daxil olan istilik və işığın miqdarını tənzimləməyə imkan verəcək “ağıllı” elektroxrom materiallar üzərində çalışıb. Materialın istehsal prosesinin daha sadə və ucuz olması onu digər oxşar texnologiyalardan fərqləndirir.

Elektroxrom materiallar keçiricini basmaqla işıq və istiliyin qarşısını ala bilir ki, bu da onları pəncərə və digər səthlərdə daxil olan işığa nəzarət etməklə yanaşı, otağın isidilməsi və soyudulması üçün istifadə olunmasına imkan verir.

Qeyd edək ki, əvvəllər tədqiqatçılar istehsal prosesində yüksək temperatur tələb edən materialdan istifadə ediblər. Bu, şüşə daxilində müxtəlif birləşmələr qurmağa imkan verərək yeni nanostruktur yaradıb. Proses yüksək temperatur tələb etdiyinə görə sərf edilən enerjinin miqdarına, eləcə də tam incə və elastik olmayan hazır materialın keyfiyyətinə təsir göstərib.

Hazırda tədqiqatçılar “ağıllı” materialın hazırlanması üçün aşağı temperaturlu prosesdən istifadə etməklə daha effektiv üsul icad ediblər. Yeni metod materialın əksər faydalı xüsusiyyətlərini saxlamaqla istehsal dəyərini azaltmağa imkan verir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı