3D-printerdə çap edilmiş obyektlər öz ilkin formasını yadda saxlayacaq Avqust 29, 2016 | 12:00 / Maraqlı məlumatlar

Massaçusets Texnologiya İnstitutunun alimləri hazırda müəyyən temperaturda öz formasını dəyişdirmək qabiliyyətinə malik kiçik ölçülü obyektlərin yaradılması üçün nəzərdə tutulmuş yeni 3D-çap texnologiyası üzərində işləyir. Bu üsulla çap edilmiş obyektləri yüksək temperaturda sıxaraq onların həcmini üç dəfə azaltmaq mümkündür. Bu obyektlər yenidən öz ilkin formasına qayıtmaq qabiliyyətinə malikdir.

hi-news.ru saytının məlumatına görə, yeni texnologiya insan saçı qalınlığında strukturlar çap etməyə imkan verir. İstehsalçılar komandası yeni texnologiyadan öz formasını dəyişdirmək qabiliyyətinə malik biotibb qurğuları və günəş batareyalarının çapında istifadə etməyi planlaşdırır. Sözügedən texnologiya aerokosmik komponentlərin istehsalında da tətbiq edilə bilər.

Alimlər gələcəkdə bu texnologiyanın tibb sahəsində istifadəsini planlaşdırır. Belə ki, dərmanla təchiz edilmiş damar bədənin temperaturuna reaksiya verə biləcək və zərurət olduqda xəstəlik nəticəsində zəifləmiş orqanizmi dərman preparatı ilə təchiz edəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı