İnsan sifətinin tanınması texnologiyası plastik kartlar vasitəsilə ödənişləri əvəz edəcək Avqust 26, 2016 | 10:00 / Maraqlı məlumatlar

Yaponiyanın “Sumitomo Mitsui Financial Group” adlı maliyyə qrupu alış-veriş ödənişi üçün insan sifətinin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır.

psm7.com saytının məlumatına görə, müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına əlavə olunacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-veriş ödənişlərini etmək mümkün olacaq.

Bununla yanaşı, Yaponiyada alış-veriş ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasının tətbiq edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, 2017-ci ilin yazında Yaponiyada sınaqdan keçiriləcək layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-veriş ödənişi etmək imkanı təqdim edəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı