İnstitutun layihə baş mühəndisinin məqaləsi nüfuzlu jurnalda dərc olunub Avqust 19, 2016 | 09:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın Big Data Challenges in Biometric Technology” (Biometrik texnologiyalarda Big Data problemləri) adlı məqaləsi “International Journal of Education and Management Engineering” beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalə biometrik texnologiyalarda Big Data-nın tətbiqi problemlərinə həsr olunmuşdur. Məqalədə Big Data və qabaqcıl bulud texnologiyalarının biometrik texnologiya sahəsində tətbiqi haqqında ətraflı məlumat verilir, milli təhlükəsizlik, hüquq-mühafizə sistemi və müdafiə orqanlarında Big Data texnologiyalarından istifadənin üstünlükləri diqqətə çatdırılır.

Qeyd edək ki, “MECS Publisher” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef”, “Scirus”, “CNKI Scholar” kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı