Yeni texnologiya suyu günəş şüalarının köməyilə təmizləməyə imkan verəcək Avqust 17, 2016 | 09:00 / Maraqlı məlumatlar

ABŞ-da günəş enerjisinin köməyilə suyun təmizlənməsi üsulu hazırlanıb. Belə ki, xüsusi linza suyun qızdırılması üçün günəş şüalarını fokuslayır, bu isə suyu çirkləndirən maddələr və zərərli bakteriyaların parçalanmasına səbəb olur.

techcult.ru saytının məlumatına görə, kiçik çəkiyə malik və daşınabilən “Şüa” (“Ray”) adlandırılan qurğu bakteriyaları 99 faiz məhv edir. Sistemdən istifadə zamanı xarici qida mənbəyi tələb olunmur.

Qeyd edək ki, suyun təmizlənməsi üçün günəş enerjisindən istifadə ideyası artıq mövcud olsa da, bu üsulların əksəriyyəti yeni sistemə nisbətən böyük vəsait tələb edir və ya məhsuldarlığı nisbətən aşağıdır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı