İnsanın yazı xəttini təqlid edən kompüter proqramı hazırlanıb Avqust 16, 2016 | 12:00 / Texnoloji yeniliklər

London Universitet Kollecinin (ing. University College London) alimləri insanın yazı xəttini təqlid edən kompüter proqramı hazırlayıblar. “My Text In Your Handwriting” adlı yeni alqoritm kağızda yazılmış nümunəni əsas götürərək onu yenidən yaradır.

Kompüter proqramlarında əl ilə yazılmış mətni təqlid edən şriftlər uzun müddətdir ki, mövcuddur. Lakin konkret şəxsin yazı xəttini bütün xüsusiyyətləri ilə təkrarlayan alqoritm yaxın vaxtlara qədər mövcud deyildi. Tom Heyns və onun həmkarları tərəfindən hazırlanmış sistem ən kiçik detalları, o cümlədən simvollar arasındakı məsafəni, hərflərin hündürlüyünü, nöqtələrin qalınlığını və s. belə nəzərə alır.

hitech.vesti.ru saytının məlumatına görə, yeni alqoritm Avraam Linkoln və Artur Konan Doyl kimi tarixi şəxsiyyətlərin yazı xətləri ilə sınaqdan keçirilib.

Bildirilib ki, alqoritmdən əl yazılarının saxtalaşdırılması üçün istifadə edilə bilməz. Belə ki, mətn mikroskopun altında diqqətlə nəzərdən keçirildikdə onun insan və ya kompüter tərəfindən yazıldığı aydın olur.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı