Tibb bacılarını "ağıllı plastırlar" əvəz edəcək Mart 04, 2014 | 12:00 / Texnoloji yeniliklər

Böyük Britaniyanın səhiyyə sistemində ürək döyüntüsü, tənəffüs ritmi və bədənin hərarətini izləyəcək “ağıllı plastır”lardan istifadə ediləcək. Plastır toplanılmış məlumatları tibb bacılarına Wi-Fi vasitəsilə hər iki dəqiqədən bir kompüterlərə və mobil telefonlara ötürəcək. 

Əgər hər-hansısa bir problem yaranarsa, həkimlərə həmin dəqiqə həyəcan siqnalı veriləcək. Lakin bu, pasiyentlərə birbaşa nəzarətin zəruriliyini istisna etmir ki, bu da xüsusən yaşlı xəstələr üçün çox vacibdir. 

meddaily.ru saytının bildirdiyinə görə, plastır yaxın vaxtlarda 10 dövlət klinikasında sınaqdan keçiriləcək. Sınaqlar əsasən xəstələrin çoxluq təşkil etdiyi xəstəxanalarda aparılacaq. Məlumdur ki, təkcə Böyük Britaniyada hər il 6000 pasiyent onlara lazımi səviyyədə nəzarət edilmədiyi üçün dünyasını dəyişir. “Ağıllı plastır”lardan istidafə il ərzində yüzlərlə insanın həyatını xilas edə bilər. Səhiyyə sistemi isə hər il 837 milyon dollar məbləğində vəsaitə qənaət edə bilər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı