Sinxron rəqs edən robotlar Ginnesin Rekordlar Kitabına daxil edilib Avqust 10, 2016 | 09:51 / Maraqlı məlumatlar

Çinin Şandun şəhərində mindən çox robot “Ever Win” şirkətinin mütəxəssisləri tərəfindən meydanda sıra ilə düzülərək eyni anda rəqs ediblər. Hündürlüyü 43,8 sm təşkil edən “QRC-2” adlı robotlar bir mobil telefondan idarə olunub. Xüsusi şifrələmə texnologiyası idarəetmə sistemini digər smartfonlardan gələn siqnalların müdaxiləsindən mühafizə edib.

Bununla da “Ever Win” şirkəti sinxron rəqs edən robotların sayına görə yeni dünya rekorduna imza atıb. Rəqs zamanı bəzi robotlarda texniki problemlər yarandığından yalnız 1007 mexaniki rəqqas Ginnesin Rekordlar Kitabına daxil edilib.

Qeyd edək ki, sinxron rəqs edən robotların sayına görə ilk dünya rekordu (540 robot) Çinin robot istehsalçısı olan “UBTECH” şirkətinə aiddir.

nanonewsnet.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı