Süni intellekt xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentin həyatını xilas edib Avqust 08, 2016 | 10:00 / Maraqlı məlumatlar

Yaponiyalı həkimlər ilk dəfə xərçəngin nadir formasından əziyyət çəkən pasiyentin müalicəsində süni intellektdən istifadə ediblər.

tass.ru saytının məlumatına görə, həkimlər öncə pasiyentə kəskin miyeloid leykemiya diaqnozu qoyublar və bu diaqnoza müvafiq müalicəni təyin ediblər. Lakin heç bir nəticə olmadığından süni intellektdən istifadəyə dair qərar verilib.

“Watson” superkompüteri mövcud göstəriciləri xərçəng xəstəliyinə dair 20 milyon kliniki tədqiqatın nəticəsi ilə müqayisə etdikdən sonra müəyyənləşdirib ki, pasiyent leykemiyanın başqa formasından əziyyət çəkir. Superkompüter indiyədək tətbiq edilmiş müalicə metodunu dəyişdirməyi təklif edib və nəticədə pasiyentin həyatını xilas etmək mümkün olub.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı